Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

31 DEKABR –DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında 31 dekabr –Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1989-cu il İranla sərhədlərin sökülməsi ilə başlanan bu gün bayram kimi 1992-ci ildən qeyd olunmağa başlanıb. Bildirilib ki, dünyada yaşayan milyonlarla azərbaycanlının bu günü qeyd etməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov vurğulayıb ki, dünyada yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlərimiz birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verirlər. “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarı Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev diqqətə çatdırıb. Qeyd edilib ki, bununla da dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində ilk addım məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülüb və həmin ilin 31 dekabrında həmrəylik bayramı ilk dəfə muxtar respublikamızda qeyd edilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)