Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Şair və Yazıçılarla görüş” adlı növbəti Dəyirmi masa keçirilib.

Dekabr ayının 18 –də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Şair və Yazıçılarla görüş” adlı dəyirmi masa keçirilib. Tədbirdə kitabsevərlərlə və yazarlarla görüş təşkil olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ədəbiyyat adamlarını salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Naxçıvan ədəbi mühiti” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salaraq bildirib ki, , indi ədəbiyyat adamlarına daha çox qayğı göstərilir, onların yazıb-yaratması üçün hər cür imkan və şərait yaradılır. Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Həsənali Eyvazlı, Xanəli Kərimli, Şirməmməd Qulubəyli, Zeyqəm Vüqar, Muxtar Qasımzadə, Elxan Yurdoğlu öz şeirlərini bədii qiraət ediblər. Tədbirdə Tarix-Filologiya fakültəsinin tələbələri özlərinin müəllifi olduğu şeirləri səsləndiriblər. Sonda xatirə şəkli çəkdirilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)