Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanası növbəti kitab təqdimatına bələdçilik edib.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Əczaçılıq və stomatologiya kafedrasının baş müəllimi Çinarə Məmmədovanın “Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı olub. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi əhəmiyyətini qiymətləndirərək qeyd edib ki, tibb fakültələrində latın dilinin tədris edilməsində əsas məqsəd tibbi praktikada işlədilən latın terminlərinin və yunan mənşəli sözlərin tələbələr tərəfindən öyrənilməsinə nail olmaqdır. Tibbi klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimov ,həmin kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev tədbirdə çıxış edərək vurğulayıblar ki, Tibb fakültəsinin tələbələri üçün nəzərdə tutulan kitab latın dili fənninin tədrisi proqramı əsasında yazılıb. Qeyd edilib ki, müəllif kitabda tələbələrin ümumi cəhətdən olsa da, tibbi xarakterli leksik material sahəsində sözdüzəltmə prosesi ilə tanış etmək üçün həm latın, həm də yunan dilindən olan suffikslərin və önşəkilçilərin işlədilməsinin əhəmiyyətini misallarla izah edib. Sonda müəllif kitabın ərsəyə gəlməsindən, mövzu ilə bağlı əldə etdiyi yeni elmi faktlardan söz açdı, tədbirin təşkilində əməyi olan universitet rəhbərliyinə və kitabxana kollektivinə minnətdarlığını bildirdi.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)