Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında növbəti kitab təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Sosial sahələrin iqtisadiyyatı” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbiri girişsözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, respublikada sosial infrastruktur sahələrinin inkişafı üçün zəruri şərait mövcuddur və bu, yeni elmi nəşrlərdə də öz əksini tapır. Tədbirdə Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru,dosent Ceyhun Mahmudov və Dünya iqtisadiyyatı və menecment kafedrasının dosenti , iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədov kitab haqqında öz fikirlərinin bildirmişlər. Kitabın müəllifi, iqtisad üzrə fəlsəfə doktoru Həvva Adgözəlova kitabın məğzindən söhbət açaraq sosial sahələrin iqtisadiyyatının mahiyyəti, əsas istiqamətləri, sosial infrastruktur anlayışı, həyat səviyyəsinin, gəlirlərin tənzimlənməsi, planlaşdırılması kimi mövzuların kitabda yer aldığını nəzərə çatdırıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)