Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü.

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdırAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən,Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)