Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ənənəvi şəkil alan dəyirmi masaların gənclərdə hərtərəfli dünyagörüşü, intellkt və sağlam təfəkkür formalaşdırdığını vurğulayıb. Azərbaycan xalqının mədəniyyətini, mənəviyyatını, həyat tərzini islam dini-mənəvi dəyərləri olmadan təsəvvür etmək çətindir. Azərbaycan xalqı həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan mədəniyyətinin daşıyıcısıdır: "İslam mədəniyyəti orbitinə daxil olan xalqların sintezi bir sıra müsəlman xalqlarını birləşdirən ümumi, vahid olan mədəniyyət yaratmışdır ki, bu da uzun əsrlər üçün həmin xalqların dünyagörüşünü, ənənələrini, həyat tərzini, mənəvi norma və ideallarını, psixologiyasını, ictimai təsisatlarını və davranış modellərini müəyyən etmişdir". Tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxış ederek İslam dininin əsrlər boyu yaranan milli-mənəvi dəyərlər, o cümlədən, dini-mənəvi sərvətlər cəmiyyətin sosial tənzimləmə və ideoloji sistemində mühüm rol oynadığını bildirib. Fəlsəfə və Sosial iş kafedrasının müəllimi Səbuhi İbrahimov çıxışında Ulu Öndər Heydər Əliyev dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsirinidən söhbət açdı.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.