Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri”

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq kitabın elmi və ictimai əhəmiyyətini qeyd edərək erməni kilsəsi, onun spesifik cəhətləri, strukturu, bugünkü erməni cəmiyyətində və erməni icmalarında oynadığı roldan danışıb. Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli qeyd edib ki, müəllif “Erməni kilsəsi ən yeni dövrdə” adlandırdığı IV fəsildə oxucuları XX əsrin 70-ci illərindən etibarən kilsənin himayədarlığı və maliyyə dəstəyi ilə Yaxın Şərqdə və Qərb ölkələrində çoxsaylı erməni terror təşkilatlarının iyrənc əməlləri haqda məlumatlandırıb. Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev ,Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoruElbrus İsayev, Ümumi tarix kafedrasınınmüəllimiArzuAbdullayev çıxış edərək Cənubi Qafqazda baş verən dramatik hadisələrin, regionda xarici güclər arasında səngiməyən qarşıdurmanın səbəbinin erməni kilsəsi və erməni dövlətçiliyi olduğunu vurğulayıb, bu siyasətin ifşasına xidmət edən yeni nəşrin əhəmiyyətini qeyd ediblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)