Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov, Səyyarə İbadullayeva, Mürsəl Seyidov, Gülnarə Şirəliyevanın müəllifi olduqları “Naxçıvan Muxtar Respublikası florasının yabanı tərəvəz bitkiləri”, Hilal Qasımov, Ramiz Ələkbərov, Abbas İsmayılov, Mürsəl Seyidov, Surə Rəhimovanın həmmüəllif olduqları “Mədəni bitkilərin mənşəyi” adlı kitabların təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasında meyvə-tərəvəz istehsalının artırılmasını, unudulmaqda və itib getməkdə olan qiymətli, məhsuldar yerli sortların bərpasını, əhalinin fasiləsiz meyvə-tərəvəz məhsulları ilə təmin edilməsi üçün qəbul edilən sərəncam və “Dövlət Proqramları”ndan danışıb. Vurğulandı ki, təqdim olunan muxtar respublikada yabanı və mədəni tərəvəz bitkilərinin düzgün istifadəsinin elmi əsaslarının işlənməsində hər iki kitabı yüksək qiymətləndirib və bu istiqamətdə araşdırmalar aparılmasının zəruriliyini qeyd edib. Biologiya üzrə fəlsəfə doktoru ,dosent Daşqın Qənbərov “Naxçıvan Muxtar Respublikasının yabanı tərəvəz bitkiləri”monoqrafiya mövzusnda çıxış ederək bildirib ki, Naxçıvan MR-nın yabanı tərəvəz bitkilərinin fundamental olaraq öyrənilmədiyindən monoqrafiyanın mühüm elmi əhəmiyyət daşıdığını vurğulayıb. Mədəni bitkilərin mənşəyi dərsliyi haqda danışan biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərova qeyd edib ki, Azərbaycan dilində ilk dəfə tərtib olunan bu dərslik mədəni bitkilərin botaniki-coğrafi xüsusiyyətləri, nadir növləri, mənşə və yayılması, kimyəvi tərkibi, əhəmiyyəti, sistematikası, çoxnövçülük mərkəzləri və onların mühafizəsi haqqındakı bilgilərə əsaslanaraq tərtib edilib. Sonda biologiya üxtisası üzrə III kurs tələbəsi Yaqut Məmmədzadənin çıxışı dinlənilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.