Xəbər verdiyimiz kimi,Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında səfərdə olub.Səfər zamanı nümayəndəlik Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında olmuşdur.Kitabxana ilə tanışlıq ,burada yaradılan şərait xüsusi marağa səbəb olmuşdur. Universitetin rektoru AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Kitabxana haqqında geniş məlumat vermis.Kestutis Yankauskas kitabxananın müasir informasiya – kommunikasiya texnologiyaları quraşdırılmış elektron oxu zalında və digər şöbələrində olmuş,kitabxananın elektron kataloqu ilə tanış olub ,Elektron informasiya köşkü ilə ,elektron kataloq sisteminin ,kitabların tammətinli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanmış ,internet mərkəzində universitetin müəllim və tələbələrinin internetdən istifadəsi üçün yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.