Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Naxçıvan Yallıları və Türk Musiqi Mədəniyyəti”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Dövlət Universitetinin Sənətşünaslıq üzrə fəlsəfə doktoru ,xalq çalğı alatləri kafedrasının müdiri Aynurə Quliyevanın “Naxçıvan yallıları və türk musiqi mədəniyyəti”adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.Tədbiri giriş sözü ilə Universitetin rektoru,AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq yeni nəşrin elmi əhəmiyyətindən bəhs edib. Təqdimat mərasimində “Filologiya üzrə fəlsəfə doktoru ,dosent ,Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” Gülxarə Əhmədova çıxış edib. Yenicə işıq üzü görmüş kitab haqqında geniş məlumat verib.Xalq çalğı alətləri kafedrasının müəllimi Zeynəb Yusifova “Naxçıvan və Türk yallılarının musiqi dili” mövzusunda çıxış edib.Sonda müəlif kitabın ərsəyə gəlməsində, təqdimat mərasimin təşkilində əməyi olanlara minnətdarlıq edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)