Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru ,AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki,1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixinə böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış ,onun öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti suqut etsədə ,onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra onun əbədiliyini və dönməzliyini təmin etmək mümkün olmuşdur.Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.