Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilmişdir. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu gün bütün dünyada, Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.Azərbaycanın müəllif hüquq sisteminin yaradıcısı ümummilli lider Heydər Əliyevdir. Bu günün qeyd olunmasında məqsəd kitabın bəşər mədəniyyətinin inkişafında oynadığı rola diqqət çəkməkdir.kitab əsrlər boyu xalqlar arasında mədəni əlaqələrin qurulmasında böyük rol oynamış,bəşəriyyətə xidmət etmişdir.Azərbaycanda kitab mədəniyyəti çoxəsirlik tarixə malikdir,kitab insanın mənəvi –ictimai həyatında əvəzsiz rol oynayır. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur . 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"münasibəti ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında sərgi təşkil olunmuşdur.Kitab bəşəriyyətin ən dəyərli kəşfidir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.