19 aprel 2018-ci tarixində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açmış və kitab haqqında geniş məlumat vermişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli bildirib ki, "Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanıdır. Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev qeyd edib ki,ictimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır.Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində,şübhəsiz,mühüm yer tutan,oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.