Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müdiri ,hüquq üzrə fəlsəfə doktoru Qəhrəman Behbudovun “Azərbaycan Xalq Cümhuriyyətində hüquqi dövlət quruculuğu məsələləri və siyasi-hüquqi fikrin inkişafı” adlı kitabın təqdimetmə mərasimi keçirilib. Tədbiri Naxçıvan Dövlət Universitetinin rektoru AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ölkəmizdə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasından, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rolundan danışıb.Daha sonra “Hüquq fənləri” kafedrsaının baş müəllimi Tural Hüseynov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qanunvericiliyin inkişafı”,”Hüquq fənləri” kafedrasının müəllimi Pərviz Qəribov “Cümhuriyyət dövründə siyasi-hüquqi fikrin inkişafı”mövzusunda çıxış etdilər. Sonda tədbir iştirakçıları müəllimi təbrik edib,yeni işlərində uğurlar arzuladılar.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.