Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ KİTABXANASINDA NÖVBƏTİ KİTAB TƏQDiMATI KEÇİRİLİB.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Fənlərin Tədrisi Metodikası kafedrasının baş müəllimi Rövşən Bağırovun “Dərələyəz taleyi nənəmin dediklərindən” adlı kitabının təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq bildirib ki, erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş vəhşilikləri Naxçıvandan da yan ötməyib. Rektor bildirib ki, kitab bu tarixi faktların işıqlandırılması baxımından əhəmiyyətli mənbədir. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov, kitabın korrektoru, Naxçıvan şəhər 705 saylı Hərbi məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynəb Nəsirova, Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev çıxış edərək bu kitabın təqdimat mərasiminin Azərbaycanın müstəqillik tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş aprel döyüşlərinin ildönümünə təsadüf etməsini yüksək qiymətləndirib.Sonda kitabın müəllifi, Fənlərin Tədrisi Metodikası kafedrasının baş müəllimi Rövşən Bağırov çıxış edərək universitet rəhbərliyinə yüksək diqqətə görə minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)