Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“QADINLARIN HÜQUQU VƏ CƏMİYYƏTDƏ ROLU”

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Qadınların hüququ və cəmiyyətdə rolu” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin qadın əməkdaşlarını və tələbələri bayram münasibətilə təbrik edib, bu günün tarixindən söz açıb. Bildirilib ki, 1857-ci ildə Nyu Yorkda qadınların 12 saatlıq iş rejiminə etirazı ilə tarixə düşən həmin gün, bu gün Azərbaycanda da geniş qeyd olunur. Rektor vurğulayıb ki, Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlarımız müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz anaların müdrikliyi sayəsində mürəkkəb dövrlərə qalib gəlib. Tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova Azərbaycan qadının müasir cəmiyyətdəki yeri, vəzifələri, ailədəki rolu haqqında danışıblar. Çıxışlarda qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən söhbət açılıb. Tədbir mövzu ətrafında diskussiya ilə davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)