Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Milli-mənəvi dəyərlərimizin qorunmasında İslam dininin rolu”

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Milli dəyərlərimizin qorunmasında İslam dininin rolu bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Milli-mənəvi dəyərlərimizin qorunmasında İslam dininin rolu” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.Tədbiri Naxçıvan Dövlət Universitetinin rektoru AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunmasında görülən işlərdən danışıb. Rektor Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmasını Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürü kimi qiymətləndirib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirən, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edən humanist bir dindir. Universitetin Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Əkbər Əliyevin çıxışında “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox gözəl bir şəkildə xülasə edir. Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)