Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində Nazim Əhmədovun “Vergilər” və “Dövlətin büdcə vergi siyasəti” kitablarının təqdimetmə mərasimi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq Azərbaycanın iqtisadi uğurlarının əldə edilməsində vergi siyasətinin mühüm rolunu qeyd edib.. Mühasibat uçotu və maliyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov kitab haqqında ümumi söz deyib. Vurğulanıb ki, hər iki dərslik dörd fəsildən ibarətdir və kitablarda vergilərin nəzəri əsasları, onların təsnifləşdirilməsi, vergi sistemi və dövlətin yeritdiyi vergi siyasəti, büdcə-vergi siyasətinin sosial-iqtisadi mahiyyəti, məqsəd və vəzifələri və s. məsələlər geniş izahını tapıb. Teymur Abbasov kitabların əhəmiyyətini qeyd edərək müəllifi təbrik edib. “Büdcə-vergi siyasətinin iqtisadi mahiyyəti və konseptual əsasları” mövzusunda çıxış edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova bildirib ki, büdcə-vergi siyasəti dövlətin maliyyə siyasətinin tərkib hissəsi olmaqla büdcə formalaşması siyasətini ifadə edir və büdcə-vergi siyasətinin səmərəli həyata keçirilməsi real iqtisadiyyata güclü təsir göstərir Kitabın müəllifi, iqtisad üzrə elmlər doktoru, professor Nazim Əhmədov universitet rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. Tədbirdə dərsliklər ətrafında müzakirələr də aparılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)