Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Azərbaycanın təbii balının keyfiyyət göstəriciləri və dövlət standartları”

Naxçıvan Dövlət Universitetində “Azərbaycanın təbii balının keyfiyyət göstəriciləri və dövlət standartları” adlı kitabın təqdimetmə mərasimi olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycanda arıçılıq qədim tarixə malikdir, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub.”Baytarlıq təbabəti” kafedrasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov “Azərbaycan balının göstəriciləri ,bal məhsulunun əldə olunması” haqda çıxışında vurğulayıb ki, müəlliflər kitabda balın əmələ gəlməsi, tərkibi, kimyəvi xassələri, emalı, saxlanması, Azərbaycan balının dövlət standartları haqda məlumat veriblər.. Kitab haqqında ümumi söz deyən “Baytarlıq təbabəti” kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli nəşr olunan kitabın elmi əhəmiyyətini qeyd edib. Bildirilib ki, kitabda Azərbaycan ərazisində istehsal olunan balların təbii qaynaqları, fiziki, kimyəvi xassələri, keyfiyyət göstəriciləri təhlil olunub. Sonda müəlliflər adından Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov qeyd edib ki, muxtar respublikada o cümlədən universitetimizdə arıçılıqla bağlı konfransların keçirilməsi, bu istiqamətdə kitabların nəşr olunması bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)