Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Mənim Universitet dünyam”

01.12.2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası daha bir kitab təqdimatı mərasiminə bələdçilik etdi.Təqdimat mərasimi "Jurnalistika və dünya ədəbiyyatı ”kafedrasının baş müəllimi ,filologiya üzrə fəlsəfə doktoru ,“Şərq qapısı” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mehriban Sultanovanın “Mənim Universitet dünyam” kitabına həsr olunmuşdu. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi və ictimai əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ali təhsil ocağının 50 illik yubileyinə həsr olunan kitabda universitetin çoşaxəli, dinamik inkişaf yolu hərtərəfli işıqlandırılıb. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə kitabın ayrı-ayrı bölmələri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, kitabda 2001-20017-ci illər ərzində elm və təhsil, beynəlxalq əməkdaşlıq, mədəniyyət, idman sahələrində qazandığı uğurlardan bəhs edən elmi və bədii-publisistik məqalələr, reportaj, resenziya, müsahibə və ssenarilər toplanıb. Universitetin inkişaf tarixinin mükəmməl bədii publisistik əksi adlı çıxışında “Azərbaycan ədəbiyyatı” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli qeyd edib ki, kitab ümumiyyətlə universitet həyatının hərtərəfli əksi baxımından qiymətli bir nümunə, təqdirəlayiq bir topludur. Vurğulanıb ki, kitabda qələmə alınan yazılar müəllifin universitetdə mətbuat şöbəsinin müdiri kimi fəaliyyət göstərdiyi illərdə qələmə alınıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)