Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Ümumdünya əlillər günü”

Tədbiri giriş sözü ilə Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ölkəmizdə və muxtar respublikada əlil insanlara göstərilən dövlət qayğısından danışıb, bildirib ki, muxtar respublikada sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması məhdud fiziki imkanlı səxslərin sosial müdafiəsinin güclənməsinə imkanlar yaradır. Bu kateqoriyadan olan səxslərə tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, Ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Yaşar Rzayev əlilliyin tibbi-sosial aspektləri, əlillik dərəcələri barədə məlumat verib. Vurğulanıb ki, əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. Qeyd olunub ki, əlillik eyib sayılmamalıdır və cəmiyyət bu insanlara qarşı daim diqqətli olmalı, onları qayğı ilə əhatə etməlidir. Fəlsəfə və politologiya kafedrasının müəllimi Kamran Vəlizadə Naxçıvan Dövlət Universitetində təhsil alan bu kateqoriyaya daxil tələbələrin təhsilə inteqrasiyası sahəsində görülən işlərdən danışıb. Sonra mövzu ətrafında diskussiya aparılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)