Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıncında” adlı kitabın təqdimetmə mərasimi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı” na daxil edilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi olub. Müzakirə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən Sərəncamın mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına təsir edəcək mühüm amil kimi əhəmiyyətlidir. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətlə tanışlıq gənc və yeniyetmələrin milli dövlətçilik, vətənpərvərlik ruhunda böyüməsində əsaslı rol oynayır. Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov siyahıda yer almış “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti adı ilə təqdim olunan həmin kitabı xalqımızı böyük sənədi kimi dəyərləndirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli qeyd edib ki, tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir Sonda tələbələrin mütaliə ilə bağlı rəy və təklifləri dəyərləndirilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)