Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvanın ziyalıları ,Elm sənət fədailəri

16.11.2017-cü ildə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası daha bir kitabtəqdimatı mərasiminə bələdçilik etdi.Təqdimat mərasimi filologiya üzrə elmlər doktoru, mərhum professor Sevindik Vəliyev və yazıçı-publisist Akif Axundovun “Naxçıvanın ziyalıları, elm-sənət fədailəri” adlı kitabına həsr olunmuşdu. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın qədim diyarı olan Naxçıvanda əsrlər boyu zəngin elmi-ədəbi və mədəni mühitin mövcud olduğunu və diyarın Azərbaycan elminə böyük dühalar, ədəbiyyatımıza qüdrətli yaradıcı sənətkarlar bəxş etdiyini vurğulayıb. Rektor müəlliflərin əməyini yüksək qiymətləndirib. Filologiya elmlər doktoru ,Əməkdar elm xadimi Hüseyn Həşimli “Naxçıvanda ədəbi mühit” mövzusunda çıxış edərək Naxçıvan ədəbi mühitinin elmi şəkildə öyrənilməsi sahəsində görülmüş işlərdən və aparılan tədqiqatlardan danışıb. Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova kitab haqqında ümumi söz deyib. Həmçinin kitabda Naxçıvanın saz-söz ustalarının ədəbi ictimaiyyətə az bəlli olan tərcümeyi-halları, el sənəti nümunələri toplanaraq oxuculara təqdim olunub. Kitab Naxçıvanın elmi-ədəbi mühiti, yaradıcı insanları ilə maraqlanan hər kəs üçün zəngin mənbə rolunu oynayır. Sonda bir qrup fəal tələbəyə “Naxçıvanın ziyalıları, elm-sənət fədailəri” kitabı hədiyyə edilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)