Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan ilk konstitusiyası”adlı dəyirmi masa keçirilib.Universitetin tərbiyə işləri üzrə prorektoru dosent Şamxal Məmmədov Azərbaycan Respublikasının Konstitusiyası haqqında məlumat verib. Müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.Daha sonra Sosial idarəetmə və hüquq fakültəsinin müəllimi Pərviz Qəribov Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən danışıb. Sosial idarəetmə və hüquq fakültəsinin müəllimi Reyhan Sadiqova Azərbaycan Respublikasının Konstitusiyası haqqında geniş çaplı məlumat verib. Dəyirmi masa tələbələrin mövzu ilə bağlı suallarının müzakirəsi ilə davam edib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.