Tədbiri giriş sözü ilə açan Universitetin rektoru ,AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edib. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.Bayraq – bir ölkəni ,təşkilatı,quruluşu və birliyi işarələyən ,dövlət rəmzi olub ,nümayişlər zamanı öndə,insanların başı üzərində aparılan dövlət atributudur.Azərbaycan Respublikasının Dövlət bayrağı azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Universitetin Elmi şurasının elmi katibi, dosent Elçin Zamanov dövlət bayrağımızın uca tutulması istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamları dövlət atributumuza olan yüksək ehtiramın təzahürü kimi qiymətləndirib. Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov çıxışında vurğulayıb ki, dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayır. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.