Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Univrsitetinin Elmi Kitabxanasında “06 Noyabr –Televizya və Radio işçiləri günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televizya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.Azərbaycan televizyası yaranandan sonra bu tarix təkcə radionun deyil ,həmdə teleradionun yaranma günü kimi qeyd olunmağa başladı .Bu münasibətlədə Naxçıvan Dövlət Univrsitetinin Elmi Kitabxanasında “06 Noyabr –Televizya və Radio işçiləri günü”nə həsr olunmuş növbəti dəyirmi masa keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq universitetdə və muxtar respublikada fəaliyyət göstərən televiziya və radio işçilərini peşə bayramı münasibətilə təbrik edib. Universitetin Mətbuat şöbəsinin müdiri, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Səadət Əliyeva ali təhsil ocağında 2000-ci ildə mətbuat xidmətinin yaradılması, 2009-cu ildə mətbuat xidməti əsasında mətbuat şöbəsinin təşkili haqda danışıb. Qeyd olunub ki, universitet həyatında baş verən mühüm tədbirlər media mərkəzində işıqlandırılır, muxtar respublikada və kənarda mövcud olan kütləvi informasiya vasitələrinə operativ şəkildə çatdırılır. Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva 2001-ci ildən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanıldığını, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkilini bu sahədə işlərin başlanğıcı kimi dəyərləndirib. Dəyirmi masa diskussiya şəklində davam edib, tələbələrin sualları cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)