Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Nəqliyyat mühərrikləri"adlı kitabın təqdimetmə merasimi

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru,fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,Mübariz Nuriyev,universitetin əməkdaşları Asəf Əliyev və Səyyad Vəliyevin “Nəqliyyat Mühərlikləri” adlı kitabının təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yaradılan mühim şəraitdən, universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” və “Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı”istiqaməti üzrə bakalavr təhsili alan tələbələr üçün bu kitabın elmə verdiyi töhfələrdən danışdı . Rektor yeni kitabın elmi dəyərini yüksək qiymətləndirərək müəliflərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra kitab haqında Naxçıvan Dövlət Universitetinin “Memarlıq və mühəndislik”fakültəsinin dekanı ,Riyaziyyat üzrə elmlər doktoru ,dosent Cavanşir Zeynalov kitab haqqında öz fikirlərinin söyləmişdi.Mühərriklər ,növləri ,təsnifatı və quruluşu haqqında Naxçıvan Dövlət Universitetinin “Nəqliyyat mühəndisliyi” kafedrasının müdiri,Fizika üzrə fəlsəfə doktoru ,dosent Məftun Əliyev tədbir iştirakçılarını məlumatlandırmışdı.Sonda kitabın müəlliflərinin ürək sözləri dinlənildi.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)