Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İngilis dili və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminovun “Şəxsiyyətyönümlü təhsil və müasir Azərbaycan vətəndaşı” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov insanın bir şəxsiyyət kimi formalaşması prosesinə təsir edən amillərdən danışaraq qeyd edib ki, insan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə çevrilir. İradəsi, müstəqilliyi, ağlı və yaradıcı təfəkkürü ilə. Bura, həmçinin, gen, tarixi şərait, müəyyən dövr ərzində yaradıcı və qurucu fəaliyyət daxildir. Şəxsiyyəti müəyyən edən amillərdən biri də xarakterlə bağlıdır. Hər bir insanda xarakter onda edilən tərbiyə nəticəsində formalaşır. Düzgün tərbiyə düzgün xarakteri müəyyən edir ki, nəticədə şəxsiyyət olmağa doğru mühüm addımlardan biri atılır. İnsanlara diktə edilən fikirlər, təlqin olunan ideyalar da şəxsiyyət olmağa və ya kimisə şəxsiyyət kimi qəbul etməyə təsir edən amillərdəndir. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Yusif Hüseynov çıxışında bildirib ki, şəxsiyyəti cəmiyyət formalaşdırır, şəxsiyyət isə cəmiyyəti irəli aparır. İnsanı şəxsiyyət kimi səciyyələndirən onun ictimai həyatdakı fəaliyyətidir. Və insan yalnız özü üçün deyil, cəmiyyət üçün də faydalı işlər gördüyü zaman şəxsiyyət kimi formalaşır. Dekan müəllifi bütün dövrlər üçün əhəmiyyətli olan nəşr əsərinin işıq üzü görməsi münasibətilə təbrik edib. Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Orucova “Pedaqoji fikir tariximizdə şəxsiyyətyönümlü təhsil problemi” adlı məruzəsində kitabda əhatə olunan mövzuların aktuallığından danışıb. İngilis dili və tərcümə kafedrasının müdiri, dosent Ceyran Quliyeva müəllifi təbrik edib.Beləliklə, güclü iradəsi, yaradıcı təfəkkürü, çətin məqamlarda tarixin gedişinə təsir göstərə biləcək cəsarəti, azad düşüncəsi olan, adını tarixə hər hansı bir yeniliyi ilə yazdıran, geniş kütləyə ünvanlanan kəsslər şəxsiyyətdir. Fərd kimi doğulan hər kəs bu imkanlarından istifadə edərək şəxsiyyətə çevrilə bilərlər Sonda kitabın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminov kitabın ali məktəb müəllim və tələbələri,fənn müəllimləri, tərbiyəçilər və valideyinlər üçün faydalı mənbə olduğunu bildirib. Müəllif universitet rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.