18 oktyabr 2017- ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə başlayan Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirmişdir ki, Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Müstəqil bir dövlətə sahib olmaq, öz müqəddəratını və taleyini müstəqil şəkildə təyin etmək bir xalqın əldə edə biləcəyi ən böyük nailiyyətdir. Bir millətin qazana biləcəyi digər nailiyyətlər yalnız müstəqil dövlətə sahib olduqda mümkündür. Sonda Elmi Kitabxananın əməkdaşlarından bir neçəsi bu gözəl bayram münasibəti ilə öz səmimi hislərini bölüşərək tədbirə yekun vurulmuşdur
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.