Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Aktyor Sənəti"

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanası daha bir kitabın təqdimatına bələdçilik etmişdir. Teatr və Mədəniyyətşünaslıq kafedrasının müəllimi,Filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədovanın “Aktyor sənəti” adlı kitabının təqdimetmə mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA – nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb.Qeyd olunub ki, Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, insanları işıqlı amallar uğrunda səfərbər edə bilib, milli dirçəliş və oyanışın carçısına çevrilib. Teatr heç zaman dar sənət çərçivəsində qalmayıb. Naxçıvan teatrı böyük bəşəri və milli məsələləri səhnəyə gətirməklə daim tamaşaçı sevgisi qazanıb. Sənət məbədinin tarixinə nəzər salarkən aydın görünür ki, dramaturgiyamızın elə bir görkəmli sənətkarı yoxdur ki, onların əsərləri teatrın səhnəsində tamaşaya qoyulmasın. Rektor yeni kitabın elmi dəyərini yüksək qiymətləndirərək müəliflərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Sonra “Teatr və Mədəniyyətşünaslıq”müəllimi ,Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev və “Teatr və Mədəniyyətşünaslıq”müəllimi ,Azərbaycan Respublikasının əməkdar artisti Tofiq Seyidov Naxçıvan Muxtar Respublikasında Aktyorluq sənətinə hərtərəfli göstərilən qayğıdan söz açdılar.Sonda tədbir iştirakçıları müəlliməni təbrik edib,yeni işlərində uğurlar arzuladılar.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)