Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

5 Oktyabr – beynəlxalq müəllimlər günüdür

Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar,bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər. Biz də bu bayramın sevincini onlarla bir hiss edərək Əziz Müəllimlərimizi təbrik etmək istəyirik. Bu münasibətilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Beynəlxalq Müəllim günü mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə başlayan Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirmişdir ki, Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.Həm orta və ali məktəbdə mənə savadlı olmağı,daim öyrənməyin və öyrətməyin necə gözəl bir şey olduğunu başa salan,elmə,təhsilə ürəyimdə sevgi yaradan müəllimlərimi,həm də həyatın çətin yollarını keçməkdə,pisi yaxşıdan ayırmaqda ,səbrli olmaqda mənə yol göstərən,həm sevincli,həm də kədərli anımda daim yanımda hiss etdiyim əziz müəllimimi,onların simasında bütün müəllimləri bu bayram münasibətilə təbrik edirəm və əziyyətlərinə görə minnətdarlığımı bildirirəm. Tədbirdə Elmi Kitabxananın “Müavini” İbrahimova Nəzkət çıxış edərək bütün müəllim kollektivini tebrik etmişdir.Əziz müəllimlər bu gözəl bayram münasibətilə sizləri təbrik edir, bizlərə öyrətdikləriniz müəllimlik peşəsinə görə bütün müəllimlərə öz minnətdarlığımızı bildiririk.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)