Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNiN ELMİ KİTABXANASINDA NÖVBƏTİ KİTAB TƏQDİMATI KEÇİRİLİB

27.09.2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası daha bir kitabtəqdimatı mərasiminə bələdçilik etdi. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimat mərasimi olub. Universitetin Elmi kitabxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərrəmov incəsənət fakültəsində nəzəri biliklərin tədrisi baxımından qiymətli dərslik nümunəsi olan hər iki kitabın elmi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, musiqi mədəniyyətimizin tədqiqinə və inkişafına layiqli töhfə olan bu kitablar gələcəkdə bu istiqamətdə daha geniş formada aparılacaq elmi işlərin başlanğıcı ola bilər. Daha sonra Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məmmədova “Bəstəkar Nəriman Məmmədov”, Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İsmayıl Mürsəlov isə “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” adlı kitabın hər iki dəyərli sənətkarımızın həyat və yaradıcılığının öyrənilməsinə, ali və orta ixtisas təhsili müəssisələrində Azərbaycan musiqi tarixi və bəstəkarlıq məktəbi fənlərinin tədrisinə verə biləcəyi töhfələrdən danışıblar. Tədbirdə müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd da nümayiş etdirildi . Sonda müəllif tədbirin təşkili üçün universitet və kitabxana rəhbərliyinə minnətdarlıq etdi.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)