Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

İDMANÇI TƏLƏBƏLƏRİN MÜKAFATLANDIRMA MƏRASİMİ

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Beynəlxalq turnirlərdə, Azərbaycanda keçirilən müxtəlif yarışlarda, Naxçıvan Muxtar Respublika birinciliyində və NDU tələbələrinin 13-cü universiadasında qazandığı nailiyyətlərə görə idmançı tələbələrin universitet rəhbərliyi tərəfindən mükafatlandırma mərasimi olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada idmana göstərilən diqqət və qayğıdan söhbət açıb. Qeyd olunub ki, bu əməli işlərin nəticəsidir ki, bugün muxtar respublika gəncləri idmanın bütün növləri üzrə məşğul olur və nailiyyətlər qazanır. Rektor tələbələri qazandığı uğurlar münasibətilə təbrik edib, gənclərə gələcək fəaliyyətlərində uğurlar diləyib. Sonra mükafatlandırma mərasimi olub. Azərbaycan Respublika birinciliyində boks üzrə Əliyev Tayfur Nəriman oğlu I yer, Əliyev Sərxan Nəriman oğlu isə II yerə layiq görülüblər. Böyük ipək yolu beynəlxalq turnirində yenə Əliyev Tayfur və Əliyev Sərxan I yerdə qərarlaşıblar. Şahmat üzrə Türkiyə Cümhuriyyəti 5 aprel Medal Gününə həsr olunmuş VIII Beynəlxalq turnirdə 20 yaşlar arasında Həsənzadə Toğrul I yerə çıxıb. Həmçinin şahmatçı beynəlxalq usta normasını ödəməklə uğura imza atıb. MMA qarışıq döyüş növləri II Asiya oyunlarında Məmmədov Səyyad I yeri qazanıb. Naxçıvan Muxtar Respublika birinciliyində spelo (mağara) turizmi ümumi komanda üzrə I yerə, Allahverdiyev Yuris Oqtay oğlu isə 10 km qaçış üzrə II yerə layiq görülüb. Tarixi yerlərə yürüş üzrə ümumi komanda yenə I yeri, Allahverdiyev Allahverdi I, Allahverdiyev Yuris isə II yeri tutub. Basketbol üzrə yarışlarda ümumi komanda I yerə layiq görülüb. Eksterimal idman yürüşü üzrə Allahverdiyev Yuris I yeri qazanıb. Nax.MR atıcılıq mərkəzinin təşkil etdiyi MR turnirində Əkbərov Qəşəm, Mahmudova Nuray II yeri tutublar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Əlincə qalasına yürüş üzrə muxtar respublika turnirində Allahverdiyev Yuris II yer, ümummilli liderə həsr olunmuş boks üzrə turnirdə Allahverdiyev Yuris I, Həsənov Şükür II, Ağamalıyev Zəfər isə III yerə layiq görülüblər. Naxçıvan Dövlət Universiteti Universiadasında fakültələr arası keçirilən futbol, futzal, voleybol (oğlanlar arasında), stolüstü tennis, şahmat idman növləri yarışlarında Pedaqoji fakültənin tələbələri maksimum 40 baldan 39-nu toplayaraq I, İqtisad fakültəsi, Mühəndis-memarlıq fakültəsi hərəsi 37 bal toplamaqla II, Tibb fakültəsi, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi hərəsi 9 bal toplamaqla III, Tarix-filologiya, Fizika-riyaziyyat fakültəsi isə hərəyə 8 bal toplamaqla IV yerə layiq görülüblər. Sonda idmançı tələbələrlə xatirə şəkli çəkilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)