Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“QEYRİ MÜƏYYƏN İNTEQRAL HESABI” KİTABININ TƏQDİMAT MƏRASİMİ OLUB

Naxçıvan Dövlət Universitetin Elmi Kitabxanasında ümumi riyaziyyat kafedrasının müdiri dosent,M.İ.Namazovun və dosent M.S.Eminov “Qeyri müəyyən inteqral hesabı” (dərs vəsaiti) adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Universitetin elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyev tədbiri açaraq ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında elmin bütün sahələrinə göstərilən dövlət qayğısından, kadr hazırlığı işindən, Naxçıvan Dövlət Universitetinin bu sahədəki fəaliyyətindən danışıb. Fizika -riyaziyyat kafedrasının müdiri, dosent,fizika riyaziyyat üzrə fəlsəfə doktoru Elşad Ağayev, riyaziyyat üzrə fəlsəfə doktoru, fizika riyzaiyyat kafedrasının dosenti,Sahib Əliyev "Qeyri müəyyən inteqral və onun hesablanması” mövzusunda çıxış edərək ali təhsil ocaqlarının mexanika-riyaziyyat, riyaziyyat və riyaziyyat-informatika müəllimliyi ixtisaslarının tələbələri üçün nəzərdə tutulmuş kitabın Azərbaycan elminə qiymətli töhfə olduğunu deyib. Müəllif kitabın müəllim və tələbələr üçün faydalı mənbə olacağını deyib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)