Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Muxtar Respublikasında Aqrar sahənin inkişafı: Problemlər və həlli yolları.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında növbəti kitab təqdimat mərasimi keçirildi. Təqdimat mərasimi İqtisad üzrə fəlsəfə doktoru ,dosent Mehdi Bağırov və İqtisad üzrə fəlsəfə doktoru ,dosent Ceyhun Mahmudovun “Naxçıvan Muxtar Respublikasında Aqrar sahənin inkişafı " kitabına həsr olunmuşdu. Mərasimi giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru ,dosent Mübariz Nuriyev kitabxanada keçirilən belə təqdimat mərasimlərinin Naxçıvan elmi-ədəbi mühitinin son nailiyyətlərinin, yeni çap məhsullarının təbliği, elmi nəşrlərin gələcək tədqiqatlarda isnad mənbəyi kimi istifadə məqsədilə elmi ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətindən danışdı. Tədbirdə İqtisad üzrə fəlsəfə doktoru,dosent Teymur Abbasov “Aqrar sahənin resurs potensialı ,onun kənd təsərrüfatının formalaşmasında rolu”İqtisad üzrə fəlsəfə doktoru,dosent Nuriyyə İbrahimova “Aqrar sahədə marketinq konseptual əsaslarında istifadə imkanları” mövzusunda çıxışları dinlənildi. Tədbirdə müəlliflərin ürək sözləri dinləndi. Həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd da nümayiş etdirildi . Sonda hər iki müəllif tədbirin təşkili üçün universitet və kitabxana rəhbərliyinə minnətdarlıq etdi. NDU-nin elmi işlər üzrə prorektoru,dosen Mübariz Nuriyev yeni kitabın elmi dəyərini yüksək qiymətləndirərək müəliflərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)