Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Qızlar sözüm sizədir"

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında "Qızlar sözüm sizədir" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,dosent Surə Seyid Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir movzusunda çıxış etdi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı Qadınlar Şrasının sədri,Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı Yazgül Rzayeva “İctimai-siyasi həyatda qadınların rolu” mövzusunda çıxış etdi. Tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova da “Ailə dəyərləri və Azərbaycan qadını” mövzusunda öz fikirlərini bildirmişdi. Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır . Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə dəyərlərin uşaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, fərdin ilk təhsil və tərbiyəsini aldığı nüvə təşkilat, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühitdir. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Daha sonra dəyirmi masa maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)