Azərbaycan xalqının təqvimində bayramlar az deyil. Amma onların arasında mayın 10-u xüsusi anlam daşıyır. Niyə? Gəlin, bayramın böyüklüyünün nə ilə müəyyənləşməsinin üzərində azacıq fikirləşək. Əlbəttə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır. Məhz milli bayram olduğuna görədir ki, Ulu Öndərin doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir. Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Dünya tarixinin Azərbaycanlı Dahisi” adlı sərgi təşkil edilmişdir.Sərgidə 80-nə yaxın kitab ,jurnal nümaiş olunmuşdu.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.