Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev bildirib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirməyə başlayıb. Prorektor vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyasını azərbaycançılıq təşkil edir və hər bir azərbaycanlı Azərbaycan dilini, tarixini,mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalı və yaşatmalıdır. Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev çıxış edərək gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində vacib yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Diskussiya şəklində davam edən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tələbələrə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan gənclər siyasətinin vəzifələri, prioritet istiqamətləri və Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələr haqqında məlumat veriblər .Sonda tələbələrin fikirləri dinlənilib, sualları cavablandırılıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.