Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU-nin Elmi Kitabxanasında növbəti kitab təqdimatı

4 aprel 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası daha bir kitab təqdimatı mərasiminə bələdçilik etdi.Təqdimat mərasimi "Azərbaycan tarixi" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1924-2014-cü illər)” kitabına həsr olunmuşdu. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA – nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının daim yüksələn inkişafından danışdı . Rektor yeni kitabın elmi dəyərini yüksək qiymətləndirərək müəliflərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə " Azərbaycan tarixi" kafedrasının dosenti,tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova ,”Ümumi tarix” kafedrasının dosenti ,tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov da çıxış edib. Çıxışlarda kitab haqqında ətraflı məlumat verildi , nəşrin əsas məziyyətlərindən danışıldı , təkliflər səsləndirildi. Tədbirdə müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd da nümayiş etdirildi . Sonda müəllif tədbirin təşkili üçün universitet və kitabxana rəhbərliyinə minnətdarlıq etdi.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)