Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

31 mart Azərbaycanlıların SOYQIRIMI günüdür

Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsinə, əsir alınmasına, şəhərin yerlə yeksan edilməsinə gətirib çıxardı. Görünməmiş vəhşilikləri ilə müsəlman və türk qanına susayan digər qatillər üçün “vəhşilik nümunəsi” oldular. Hamilə qadının qarnını yarıb uşağı çıxardıb və onları tikə-tikə doğramaq, qucağından körpə uşağı alaraq gənc ananın kürəyinə içi yanar közlə dolu qaynar samavarı bağlayıb işgəncə ilə öldürərək, Quran” kitablarını yığaraq tonqal qalayıb atəşində din xadimlərini yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və s. kimi vəhşiliklərə ilk dəfə imza atanlar məhz qansız düşmənimiz ermənilər oldu. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı t hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişlər. Ərazimizin 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.. Bu mənada, mərhum dövlət başçımız Heydər Əliyevin 1998-ci il 26 mart tarixli imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da çox əhəmiyyətli olmuşdur. Həmin zamandan bəri hər il Azərbaycanda 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ kimi dövlət səviyyəsində qeyd edilir. Gəlin, tarix boyu xalqımıza qarşı törədilən cinayətləri heç vaxt unutmayaq. Bir olub düşmənimizə qalib gələk. Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında 31 Mart-Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub. Sərgidə akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun “Tarixi həqiqətin soyqrımı”, Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi”, Emin Şxəliyevin “Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində”, Elman Cəfərlinin “Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, eyni zamanda

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)