Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı! Uzun illər unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar nemətlər bişirir, bolluq və bərəkət rəmzi sayılan səməni qoyurlar. El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçələrdə məktəbdə , idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: “Bayramınız mübarək!” Yurdumuza Novruz gəlir, bahar gəlir. Novruz bayramı münasibətilə Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Kitab sergisi teşkil edilmisdir.Sergidə Novruz adət- ənənələrindən bəhs edən kitablar nümayiş olunmuşdur.Sərgimiz 25-marta kimi davam edecək.Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası adından bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirik.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.