Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının növbəti qonağı.

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri Naxçıvan Dövlət Universitetində də olub.Qonaqları Naxçıvan Dövlət Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov salamlayaraq muxtar respubikada dövlət qayğısı sayəsində əldə olunan təhsilin inkişaf göstəricilərindən danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib. Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə tanışlıq zamanı Hindistanlı diplomata müasir elektron təhsil şəbəkəsinin idarə olunması, elektron sənəd dövriyyəsinin təşkili, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusu əhatə edən “Wi-Fi” simsiz internet şəbəkəsi barədə məlumat verilib. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərin “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, “Nuhçıxan” radiosunun fəaliyyəti maraqla qarşılanıb.Səfirlər Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası ilə də yaxından tanış olublar. Burada qonağa kitabxananın 160000-dən yuxarı fonda malik olması, 45000-ə yaxın çap məhsulunu əhatə edən elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə bağlı geniş çaplı məlumat verilib

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)