Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ümumxalq Hüzn Günü

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. NDU-nun Elmi Kitabxanasında 20 yanvar faciəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı sərgi təşkil olunmuşdur. 1990 – cı ilin yanvar ayında Azərbaycanın bir çox rayonlarında törədilən qırğından 27 il ötür. 20 yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası haqqında ötən 27 ildə bir sıra tədqiqatlar aparılmış, məqalələr və kitablar yazılmış, həmçinin sərgilər təşkil olunmuşdur. Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında bu mövzuda sərgi təşkil olunub. Sərgidə Anarın “Şəhidlər dağı”, İ.Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, Vaqif Məmmədovun “Qeyrət qalası”, “Sədərəkdə yazılan gündəlik”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Əşrəf İbrahimovun “Şahid şəhidlər haqqında”, Ə.Muxtaroğlu, S.Rzazadə “Şahbuzlu şəhidlər”, Abdulla Qurbaninin “Şəhidlər danışır”, H.Həsənoğlunun “Dünyanın mənfur milləti: erməni” adlı kitabları və s. toplanmışdır. Sərgidə 60-a yaxın kitab, jurnal, fotolar nümayiş etdirilir. Sərginin nümayişi yanvar ayının sonuna qədər davam edəcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)