Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Naxçıvan Dövlət Universitetində təhsilin vəziyyəti və qarşıda duran vəzifələr”

“Naxçıvan Dövlət Universitetində təhsilin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin muxtar respublikada uğurla davam etdirilməsindən danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti yarım əsrlik tarixi inkişaf yoluna malik, güclü maddi-texniki bazaya və geniş beynəlxalq əlaqələrə malik olan ali təhsil ocağıdır. Burada 12 fakültədə 56 ixtisas üzrə 5000-dən çox tələbə ali təhsil alır. Rektor tələbələrə yaradılan şəraitdən düzgün faydalanmaq, yuksək ixtisaslı mütəxəssis kimi yetişmək üçün biliklərə dərindən yiyələnmək tövsiyə edib. Tədris işləri üzrə prorektor, dosent Surə Seyid universitetin uğurlu inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin universitetdə olarkən proqram xarakterli çıxışlarında verdikləri tövsiyələrdən danışıb. Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov universitetin muxtar respublika üçün əhəmiyyətli kadr potensialı mənbəyi olduğunu, yüksək səviyyəli ali təhsil almaq, müasir informasiya-kommunikasiya texnologilarını, dünya təhsil sisteminin ən son nailiyyətlərini tədris prosesində tətbiq etmək üçün burada hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Diskussiya şəklində davam edən dəyirmi masada təhsildəki mövcud problemlər və onların həlli yolları müzakirə olunub. Tədbirdə tələbələrin elektron test üsulu ilə keçirilən semestr imtahanları, tədris proqramları və vəsaitlərinin hazırlanması, qabiliyyət ixtisaslarının tədrisi ilə bağlı sualları cavablandırlıb, təkliflər dəyərləndirilib. Dəyirmi masada təhsilin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)