Naxçıvan Dövlət Universitetinin Elektron Elmi Kitabxanasında “Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu” mövzusunda növbəti dəyirmi masa keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindənbəhs edib. Rektor universitetdə təhsil alan gənclərin elm, təhsil, mədəniyyət, idman sahəsində bir sıra əhəmiyyətli uğurlar qazanmasından, onların fiziki və mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli keçmələri, intelluktal inkişafı üçün görülən işlərdən danışıb. Dəyirmi masada Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev, YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, universitetin Tələbə İnformasiya Mərkəzinin əməkdaşı Uğur Məmmədov, Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan iştirak edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasına xidmət edən gənclər siyasətinin əsasını xalqımızın çoxəsrlik milli mənəvi dəyərləri əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsitəşkil edir. Dəyirmi masa diskussiya şəklində davam edib, tələbələrin sualları cavablandırılıb, təklifləri səsləndirilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.