Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

GƏNCLƏRİN SOSİAL ŞƏBƏKƏLƏRDƏKİ FƏALİYYƏTİ .

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Sosial şəbəkələrdə gənclərin fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sosial şəbəkələrin gənclərin həyat və faəliyyətində olan mühüm rolundan, müsbət və mənfi cəhətlərindən, aktual problemlərdən danışıb. Rektor gəncləri sosial şəbəkələrdən məqsədli və səmərəli şəkildə istifadə etməyə çağırıb. Fizika-Riyaziyyat fakültəsinin İnformatika kafedrasının müəllimi Zümrüd Səfərova mövzu ətrafında Çıxış edərək gəncləri sosial şəbəkələrdəki gərəksiz məlumatlar, qruplardan uzaq durmağa səsləyib. O, müasir texnologiyaların, elektromaqnit dalğalarının zərərli təsirlərindən də ətraflı bəhs edib. Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev sosial şəbəkələrin insan psixologiyasına müsbət və mənfi təsirləri haqqında diskusiya iştirakçılarına məlumat verib. O bildirib ki, sosial şəbəkələrdən gənclərin 20%-i səmərəli, 80%-i qeyri-səmərəli istifadə edir. Bu istifadəçilərin sosial şəbəkələr haqqında düzgün məlumatlanmaması ilə əlaqəlidir. Naxçıvan Dövlət Universiteti YAP ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev tədbirdə çıxış edib. Dəyirmi masa maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi şəklində davam edib

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)