Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Universitet əməkdaşlarının yeni əsərləri

NDU-nun Elektron Kitabxanasında “Universitet əməkdaşlarının yeni əsərləri” adlı sərgi təşkil olunmuşdur. Sərgidə universitet əməkdaşlarının 2013-cü ildə çap olunan əsərləri nümayiş etdirilir. Sərginin məqsədi tələbələri, kitabxanaya gələn oxucuları universitet əməkdaşlarının yeni çıxan əsərləri ilə tanış etməkdir. Sərgidə universitet müəllimlərindən – filologiya üzrə filologiya elimləri doktoru Yavuz Axundlunun, fəlsəfə elmləri doktoru Məmməd Rzayevin, filologiya elmləri doktoru Sevindik Vəliyevin, tarix elmləri doktoru Allahverdi Hüseynovun, biologiya elmləri doktoru Abbas Mehdiyevin, iqtisad elmləri doktoru Asif Şirəliyevin, iqtisad elmləri doktoru Ağarza Rüstəmovun, filologiya elmləri doktoru Hüseyn Həşimlinin və b. kitabları öz əksini tapmışdır. Sərgi daimidir və mütəmadi olaraq yenilənir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)