NDU-nun Elmi Kitabxanasında 17 noyabr “Milli Dirçəliş Günü” münasibətilə tədbir keçirilmişdir. Məlumdur ki, milli dirçəliş yolu, milli birlik və milli həmrəylikdən keçir. Zəngin tarixi keçmişi, ümumbəşəri dəyərləri öz mentalitetində əks etdirən Azərbaycan xalqının firavan yaşamağa haqqı var. Bunun üçün də öz oxucularımızı vətənpərvərlik hissi ilə tərbiyə etməliyik, onlara tariximizi qorumaq və gələcək nəsillərə çatdırılmasında yol göstərməliyik. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova açmışdır. Sonra "Kataloqlaşdırma" şöbəsinin müdiri Nəzakət Allahverdiyeva “17 noyabr- oyanış bayramıdır”, "Biblioqrafiya" şöbəsinin baş biblioqrafı Gülnar Əliyeva “Müstəqilliyimiz əbədidir”," Kitabxanaçılıq və informasiya" ixtisasının tələbəsi Aysel İmanova çıxış etmişdir. Tədbirdə Milli Dirçəliş Günü ilə bağlı tələbələr şeirlər səsləndirmiş və slayd göstərilmişdir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.