NDU-nun Elmi Kitabxanasında 17 noyabr “Milli Dirçəliş Günü” münasibətilə “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” adlı sərgi təşkil olunmuşdur. Bu gün Azərbaycanda milli azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. 17 noyabr 1992-ci il Azərbaycanın “Milli Dirçəliş Günü” kimi qeyd edilir. Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Muxtar Respublikada dövlət bayrağı kimi ucaldıldı. Sərgidə Abutalıb Səmədov “Azərbaycanın Qurtuluş tarixi”, Hidayət Orucov “Heydər Əliyev və Azərbaycanda milli siyasət”, Seyfəddin Qəndilov “Müstəqillik illərinin düşüncələri”, Ramiz Mehdiyev “Heydər Əliyev: müstəqilliyimiz əbədidir”, Nizami Xudiyev “Xalq və dövlət naminə”, “Qayıdış 1990-1993”, “Xalqa bağışlanan ömür” və s. kitab və jurnal nümayiş etdirilir. Sərgi noyabrın sonuna qədər davam edəcək.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.