Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Milli Müstəqillik günü ilə bağlı sərgi

NDU-nun Elmi Kitabxanasında 18 oktyabr Dövlət Müstəqilliyi günü ilə bağlı sərgi təşkil olunmuşdur. Azərbaycan xalqının Milli Müstəqillik uğrunda əsrlər boyu apardığı şərəfli mübarizəsinə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, bu siyasi ideyalarının bugünki uğurlu davamı nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamasına, Azərbaycanın müasir inkişafına aid M.Kazımovun "Bakı - Ceyhan üç dəniz əfsanəsi", S.Xəlilovun "Lider, Dövlət, Cəmiyyət", E.Əfəndiyevin "Planetimizin bütün dövrlərdə ən görkəmli şəxsiyyəti", M.Əlizadənin "Milli müdrikliyin Heydər Əliyev zirvəsi", "Həyat yolu 1923-2003", A.Səmədovun "Böyük siyasətin təntənəsi", V.Məmmədovun "Qalib gəldi, qalib getdi", "Birlikdə yeni əsrə doğru", "Heydər Əliyev -90" və s. kitablar nümayiş etdirilib. Sərgi oktyabrın axırına qədər davam etdiriləcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)